Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

İslamiadanın proqramında kikboksinqin bir növü və bəzi çəki dərəcələri ləğv olunub

Baxılıb: 629     Tarix: 25-07-2022 13:13   

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının kikboksinq proqramında dəyişiklik olunub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov məlumat verib.
Onun sözlərinə kikboksinqin "Point Fighting" növü bütünlüklə ləğv olunub. Həmçinin kişilərdə "Low Kick"də 91 kq, "Full Contact"da 57 kq və +91 kq çəki dərəcələri üzrə mübarizə olmayacaq. Qadın kikboksçuların yarışında isə 48 və 70 kq çəki dərəcələri ləğv edilib.
Buna səbəb həmin çəki dərəcələrində idmançıların sayının azlığı olub.
Qeyd edək ki, 9-18 avqust tarixlərində keçiriləcək İslamiadada Azərbaycan 24 kikboksçu ilə təmsil olunacaq. Kikboksinq yarışları 16-18 avqust tarixlərində baş tutacaq.шаблоны для dle 11.2