Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Neftçi”də yeni təyinat

Baxılıb: 634     Tarix: 29-07-2022 15:51   
 “Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.
Qanunvehedef.az xəbər verir ki, köməkçi məşqçi Nikolay Qriqori ilə 2 illik müqavilə bağlanıb.
Nikolay Qriqori 1983-cü il iyulun 19-da Rumıniyanın Buxarest şəhərində anadan olub. Futbolçu kimi Rumıniya milli komandasının da üzvü olmuş Qriqori 2018-ci ildə məşqçiliyə başlayıb. 2018-2020-ci illərdə Buxarest “Rapid”inin U-17 komandasında baş məşqçi, əsas komandasında köməkçi məşqçi işləyib. 2020-ci ildə Rumıniya U-21 milli komandasında köməkçi məşqçi kimi çalışmış mütəxəssis 2020/2021 mövsümündə “Rapid”in baş məşqçisi olub. 2021-ci ildə “Universitatya”da (Krayova) baş məşqçi Laurentsiu Regekampfın köməkçisi olan Nikolayın sonuncu klubu “Metaloqlobus” (2021-2022) olub.
Qeyd edək ki, bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, 54 yaşlı Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar