Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Bu, psixoloji cəhətdən bizə ağır zərbə oldu” - Rəşad Sadıqov

Baxılıb: 487     Tarix: 19-09-2022 10:44   

 “Zirə” Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda doğma meydanda “Qarabağ”a 1:7 hesabı ilə məğlub olub.
Qanunvehedef.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlər önündə çıxış edib:
“Çox danışılacaq bir şey yoxdur. Rəqib açıq-aşkar bizdən üstün idi. Birinci hissədə düşündüyümüz kimi oyun gedirdisə, ikinci hissədə bunun əksini gördük və nəticədə böyükhesablı məğlubiyyət oldu.
Bir çox səbəblər var. “Qarabağ”ın futbolçuları bu gün böyük istəklə oynayırdılar. Adətən belə periodda, dalbadal oyunlarda “Qarabag”da boşluq görürdük. Amma bu gün hər futbolçu motivasiya ilə oynayırdı. 43-cü dəqiqədə o cür qol buraxmaq bizə psixoloji cəhətdən zərbə oldu, rəqibin isə özünəinamını artırdı. Komandalar ikinci hissəyə fərqli psixoloji halda çıxdılar. Bundan sonra da top itkilərimiz, kobud səhvlərimiz oldu, birə-bir mübarizələrdə uduzduq. Rəqibin qaçırdığı cəmi bir epizod var. 8 epizod yaratdılar, 7-si qol oldu. Avropa oyunlarında “Qarabağ”ın 8-9 qol epizodu olursa və bunun ikisindən yararlanırsa, bu yaxşı göstərici hesab olunur. Bu gün isə nə vurdularsa, hamısı qol oldu. “Qarabağ”ın hücum xəttindəki oyunçular çox dəqiq idi”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar