Xəbər lenti
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Boksçumuz dünya çempionatında 1/4 finala yüksəldi

Baxılıb: 558     Tarix: 20-11-2022 11:57   

Azərbaycanın qadın boksçusu Mehparə Məmmədova İspaniyanın Alikante şəhərində gənclər arasında keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
Qanunvehedef.az xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyası məlumat yayıb.
1/16 final mərhələsində Lyuba Atanasovanı (Bolqarıstan) mübarizədən kənarlaşdıran təmsilçimiz bu dəfə monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayıb. Döyüş Məmmədovanın 5:0 (29:27, 29:27, 29:27, 30:26, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.
Boksçumuz 1/4 finalda qazaxıstanlı Gülnaz Buribayeva ilə üz-üzə gələcək.
Ondan fərqli, Sənan Hətəmov dünya çempionatı ilə vidalaşıb. 67 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/8 finalda Nurbek Mursalla (Qazaxıstan) qarşılaşıb və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.шаблоны для dle 11.2