Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DÇ-2022: Bu gün 1/8 finalın daha 2 oyunu keçiriləcək

Baxılıb: 620     Tarix: 05-12-2022 12:18   

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
BAKU.WS xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Günün son qarşılaşmasında isə Braziliya seçməsi Cənubi Koreya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaq.
DÇ-2022
1/8 final mərhələsi
5 dekabr
19:00. Yaponiya - Xorvatiya
Baş hakim: İsmail Elfat (Braziliya)
"Əl Cənub" stadionu
23:00. Braziliya - Cənubi Koreya

Baş hakim: Kleman Türpen (Fransa)
"974" stadionu
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar