Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ronaldunun pəhrizini təkrar edən futbolçu ölümlə üz-üzə qalıb

Baxılıb: 576     Tarix: 02-03-2023 10:41   

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun pəhrizini təkrar edən "Palmeyras"ın gənc futbolçusu Qabriel Menino bunun ağır fəsadlarını yaşayıb.
22 yaşlı futbolçu bildirib ki, o, bir qədər çəki və əzələ itirmək məqsədi ilə Ronaldunun pəhrizinə başlayıb.
Q.Menino pəhrizə başlamamışdan əvvəl klubun diyetoloqunu da bu barədə məlumatlandırıb.
Gənc futbolçu qida rasionunda əsasən balıq yeməkləri, salat və qida əlavələrindən istifadə etdiyini bildirib.
Lakin futbolçu bir neçə gündən sonra bu pəhrizin onun səhhətinə zərər vurduğunu müşahidə edib.
"Oyuna ilk 11-likdə başlayacaqdım. Çox həvəsli idim. Matçdan əvvəl isinmə hərəkətlərinə başladım. 5 dəqiqədən sonra sadəcə olaraq qaça bilməyəcəyimi anladım. Sanki ölümlə üz-üzə qaldım, yerə yıxıldım. Dərhal pəhrizi saxladım və klubun diyetoloquna bu barədə məlumat verdim", - deyə Qabriel Menino bildirib./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking