Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Dörd cüdoçumuz mübarizəyə başlayır

Baxılıb: 616     Tarix: 03-03-2023 12:18   

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.
"Qafqazinfo" xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın dörd idmançısı mübarizə aparır.
60 kq
Bu çəkidə iki cüdoçumuz qüvvəsini sınayır. Əhməd Yusifov 1/16 finalda almaniyalı Moritz Plafki ilə üz-üzə gələcək.
Mübarizəyə 1/8 finaldan başlayacaq Rövşən Əliyev isə Nurkanat Serikbayev (Qazaxıstan) - Mutaz Xavca (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə qarşılaşacaq.
66 kq
Kamran Süleymanov 1/16 finalda estoniyalı Vilcar Liparlı, Ruslan Paşayev isə almaniyalı Lennart Slamberqeri sınağa çəkəcək.
Martın 5-dək davam edəcək yarışda Azərbaycan 6 cüdoçu ilə təmsil olunur. Digər iki təmsilçimiz Nəriman Mirzəyevlə Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) mübarizəyə sabah qoşulacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar