Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arvadını boşanmaq istədiyi üçün qəddarcasına öldürüb

Baxılıb: 462     Tarix: 14-04-2023 10:25   

Dünən saat 12:40 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Qanunvehedef.az-ın əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Aygün Yusifovanı kəsici-deşici alətlə qətlə yetirən həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Yusifov həm də onun xalası oğlu olub.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 azyaşlı övladı olan ailədə bir müddət imiş problemlər yaşanırmış. Ailədaxili münasibətlərin kəskinləşməsi səbəbindən bir neçə gün əvvəl Aygün Yusifova məhkəməyə boşanmaqla bağlı ərizə təqdim edibmiş. Məhkəmə ərizəni qəbul etsə də, iclas hələ keçirilməyibmiş.
Həyat yoldaşının addımından sonra İ.Yusifovun gözəllik salonuna gələrək ondan boşanmaq istəyən arvadını qətlə yetirməsi ehtimal edilir. Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam etdirilir.шаблоны для dle 11.2