Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Real” və “Barselona” arasında gərginlik yarandı

Baxılıb: 685     Tarix: 18-04-2023 15:21   

İspaniyanın “Real” və “Barselona” klubları arasında gərginlik yaranıb. 
Qanunvehedef.az xəbər verir ki, buna səbəb “Barselona”nın prezidenti Joan Laportanın çıxışı olub. 
O, verdiyi açıqlamada Madrid təmsilçisinin 1939-1975-ci illərdə İspaniya kralı olan Fransisko Frankonun hesabına çempionluqlar qazandığını bildirib. Laporta Kral Frankonun güc tətbiq edərək, hakimlərə təzyiq edərək “Real”a qələbələr qazandırdığını deyib.
“Kral klubu”nun da buna cavabı gecikməyib. Onlar sosial şəbəkə hesablarında paylaşım edərək “Barselona”nın Frankonun zamanında qazandığı titulları açıqlayıb.
Nəticədə tərəflər arasında gərginlik daha da yüksəlib.
Onların arasındakı bu gərginlik həm medianı, həm də azarkeşləri təəccübləndirib. Çünki bir müddət əvvəl “Real” prezidenti Florentino Perez və “Barselona”nın prezidenti Joan Laporta birlikdə Avropa Superliqası layihəsini yaradacaqlarını açıqlamışdılar. Onlar hər ikisi klublarının daha çox qazanması üçün bu layihədə həmrəy olduqlarını bildirmişdilər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar