Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Kubokunda rekord qeydə alınıb

Baxılıb: 526     Tarix: 20-04-2023 12:38   

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb.
Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, bu, raundun ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır.
Turnirin ilk matçlarında 6 qol vurulub. "Qəbələ" "Səbail"i 3:2, "Turan Tovuz" "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.
Bu müddətdə daha iki dəfə (2015/2016 və 2016/2017) eyni sayda qol qeydə alınıb. Daha çox topun vurulmasına sonuncu dəfə 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqləniblər. "Qarabağ" səfərdə "Bakı"nı 2:1, "İnter" evdə "Qəbələ"ni 5:0 hesabı ilə üstələyib.
Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994/95 mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking