Xəbər lenti
17/06/2025 [14:49]
TƏŞƏKKÜRNAMƏ
17/06/2025 [11:28]
Bu ərazidə QAZ OMAYACAQ
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

AAF klassik avtomobillərin sərgisi və yürüşünü təşkil edəcək

Baxılıb: 546     Tarix: 27-04-2023 11:51   

Aprelin 28-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula 1 Azərbaycan Qran-Prisi start götürür. Formula 1-in builki yarışması da izləyicilərə maraqlı anlar vəd edir. 
Qanunvehedef.az xəbər verir ki, Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi – Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi təşkil olunacaq. Formula 1-in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdiriləcək.
Formula 1 günlərinə rəng qatacaq daha bir tədbir aprelin 29-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçiriləcək Bakı Kartinq Turniri olacaq. Turnirdə 10-16 yaş arasında 12 pilot iki mərhələdə - kvalifikasiya və final mərhələlərində bacarıqlarını sınayacaqlar. Finalda qalib gələnlər müxtəlif hədiyyə və sertifikatlar ilə mükafatlandırılacaqlar.
AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-a təsadüf edəcək.  Belə ki, Formula 1-in yarış halqasında (trek) böyük maraqla qarşılanan klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək. шаблоны для dle 11.2