Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Konfrans Liqası: "Neftçi" və "Sabah"ın potensial rəqibləri artdı - SİYAHI

Baxılıb: 655     Tarix: 22-05-2023 12:27   

"Neftçi" və "Sabah"ın UEFA Konfrans Liqasının (KL) II təsnifat mərhələsində potensial rəqibləri artıb.
Oxu.Az xəbər verir ki, səpələnməmişlər səbətində yer alacaq "Sabah"ın mümkün rəqibləri sırasına "Gent" (Belçika), APOEL (Nikosiya, Kipr), "Beşiktaş" (Türkiyə), "Riyeka" (Xorvatiya) və "Styaua" (Rumıniya) əlavə olunublar.
Püşkdə səpələnmişlərdə yer alacaq "Neftçi"nin isə daha 3 mümkün rəqibi müəyyənləşib. Bunlar "Keçkemet" (Macarıstan), "Boraç" (Bosniya və Herseqovina) və "Çelye"dir (Sloveniya).
Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər: "Brügge", "Gent" (hər ikisi Belçika), "Makkabi (Təl-Əviv), "Hapoel" (Beer-Şeva, hər ikisi israil), "Viktoriya" (Çexiya), "Budo-Qlimt" (Norveç), "Lex", "Legiya" (hər ikisi Polşa), "Yurqorden" (İsveç), APOEL (Nikosiya, Kipr), "Beşiktaş" (Türkiyə), "Riyeka" (Xorvatiya), "Styaua" (Rumıniya), "Rusenborq" (Norveç), "Spartak" (Trnava, Slovakiya), "KuPS" (Finlandiya), "Neftçi" (Azərbaycan)
Səpələnməmişlər: "Hammarbü" (İsveç), "Kalmar" (İsveç), "Kauno" (Litva), "Poqon" (Polşa), "Zalaeqerseq", Keçkemet (hər ikisi Macarıstan), "Boraç" (Bosniya və Herseqovina), "Sabah" (Azərbaycan), "Ordabasi", "Aktobe" (hər ikisi Qazaxıstan), "Çelye" (Sloveniya), "Auda" (Latviya)
Qeyri-müəyyənlər: "Osiyek" (Xorvatiya), "Aris" (Saloniki, Yunanıstan), "Voyvodina" (Serbiya)

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar