Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Baxılıb: 730     Tarix: 24-05-2023 13:20   

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürüb.
Qanunvehedef.az xəbər verir ki, yarışda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə çıxan Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb.
O, 1/8 final çərçivəsində ukraynalı Tatyana Kravçiki sınağa çəkib. Həmzəyeva ikinci raundda rəqibini tam üstünlüklə məğlub edib. Yığma üzvü yarışın 3-cü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək.
Bu gün həmçinin millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək.
Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar