Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Sürətli idman avtomobillərinin Lənkərana yürüşünə son hazırlıqlar gedir

Baxılıb: 644     Tarix: 08-06-2023 09:34   

İyunun 10-da Azərbaycan Avtomobil Federasiyası (AAF) idman avtomobillərinin yürüşünü təşkil edəcək.
Qanunvehedef.az xəbər verir ki, Bakı-Lənkəran marşrutu üzrə keçiriləcək yürüş Heydər Əliyev Mərkəzinin qarşısından səhər saat 9:00-da start götürəcək. Yürüşdə Avtomobil Federasiyasından qeydiyyatdan keçmiş idman avtomobilləri iştirak edəcək.
Gözəl görüntüyə malik və hər zaman, xüsusilə də gənclər arasında böyük marağa səbəb olan idman avtomobillərini yürüşün başladığı məkandan - Heydər Əliyev Mərkəzinin parkından izləmək mümkün olacaq.
AAF tədbir iştirakçıları üçün iyunun 10-11-də əyləncə xarakterli proqram da hazırlayıb. Belə ki, iyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək. İyunun 11-də isə iştirakçıların Lənkəranda çay plantasiyasına ekskursiyası olacaq. Yürüş iştirakçılarının oteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənir.
Layihənin baş sponsoru Nazar Holdings, sponsorlar - Lamborghini Baku, Ferrari Baku, Lankaran Springs, Premium Bank, Karabakh Motors, GreenCar.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar