Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək

Baxılıb: 669     Tarix: 21-06-2023 11:29   

Bu gün Polşada təşkil edilən III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, tədbir Krakov şəhərində yerləşən "Henrik Reyman" stadionunda baş tutacaq.
Eyni zamanda, 7 növdə idmançılar mübarizə aparacaqlar. Azərbaycanın 6 atleti 3-cü Divizionda çıxış edəcək. Kaşqın Abbaszadə uzunluğa tullanmada, İsmayıl Əliyev disk atmada, Anna Yusupova 800 m, Elman Abışov 1500 m məsafəyə qaçışda, Yekaterina Sarıyeva üç təkanla tullanmada, Cavid Məmmədov isə 400 m məsafəyə maneələrlə qaçışda qüvvəsini sınayacaq.
Bu gün, həmçinin, padel yarışları da start götürəcək. Azərbaycan millisinin Nərminə Bağırova və Samirə Əliyevadan ibarət cütlüyü İtaliyanın Kiara Pappakena - Culia Sussarello cütünə qarşı çıxış edəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar