Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Qarabağ" yeni transferlərinin adını "Olimpiya" ilə oyunların iştirak ərizəsinə əlavə edib

Baxılıb: 533     Tarix: 23-08-2023 14:25   

"Qarabağ" yeni transferləri Andrey Lunyov və Mateus Silvanın adını UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə keçiriləcək oyunların iştirak ərizəsinə əlavə edib.
Bu barədə BAKU.WS-ə Ağdam təmsilçisindən məlumat verilib.
Bildirilib ki, rusiyalı qapıçı və braziliyalı müdafiəçi avqustun 24-də Lyublyanada, 31-də isə Bakıda keçiriləcək görüşlərdə məşqçilər korpusunun sərəncamında olacaqlar. Lunyov 99, Silva isə 2 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, azad agent kimi heyətə cəlb olunan qapıçı Andrey Lunyovla 1+1 illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi Mateus Silva isə Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan transfer edilib. 25 yaşlı oyunçu Azərbaycan çempionu ilə 2+2 illik sözləşmə imzalayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking