Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Neymar Ərəbistan çempionatını tərk edir - SƏBƏB

Baxılıb: 595     Tarix: 26-09-2023 11:02   

Braziliyalı hücumçu Neymar Səudiyyə Ərəbistanı çempionatını tərk edə bilər.
Lent.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Saytın məlumatına görə, Neymar 2026-cı ildə keçiriləcək növbəti dünya çempionatında iştiraka adekvat hazırlaşmaq üçün növbəti mövsümün sonunda Braziliyanın "Santos" klubuna qayıtmaq niyyətindədir.
Qeyd olunur ki, Neymarın ətrafı onun "Əl-Hilal" ilə dörd illik deyil, bir illik müqavilə imzaladığını iddia edir.
Həmçinin bildirilir ki, Neymar 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının başlamasına bir il qalmış kluba qayıtmaq xahişi ilə "Santos"a şəxsən müraciət edib.
Xatırladaq ki, Neymar yay transfer pəncərəsində "Əl-Hilal"a keçib. Bu mövsüm o, klubda üç oyun keçirib və iki məhsuldar ötürmə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar