Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gələn ilin müdafiə və təhlükəsizlik xərcləri açıqlandı - 4 milyard manat

Baxılıb: 1 249     Tarix: 03-09-2020 12:26   

2021-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri məlum olub.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın 2021-ci il üzrə dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində əksini tapıb.
Layihəyə əsasən, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2021-ci il və orta müddətli dövrdə də davam etdiriləcək.
Gələn il müdafiə və təhlükəsizlik xərcləri dövlət büdcəsi xərclərinin funksional təsnifatının bölmələri üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi 15,3 % həcmində olacaq.
2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il müdafiə və təhlükəsizlik xərclərinə ayrılacaq vəsaitin həcmi 3 milyard 954 milyon 667 min 500 manat olacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar