Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ABŞ-ın Xəzər regionuna investisiya qoyması müzakirə olunub

Baxılıb: 681     Tarix: 10-09-2020 14:16   

Xəzər Siyasi Mərkəzi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə bu ölkənin Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı ekspertlərini, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Əfqanıstanın yüksək vəzifəli şəxslərini bir araya gətirərək, "Blue Dot Network" təşəbbüsü və Xəzər regionunda infrastruktur layihələrinə investisiyalar barədə vebinar keçirib.
"Report" bu barədə Xəzər Siyasi Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, vebinarda USAID-in Asiya üzrə administratorunun köməkçisinin müavini Xavier Piedra "Blue Don Network"un regiondak; mümkün rolundan bəhs edib: "Blue Don Network" hökumətləri, özəl sektor və vətəndaş cəmiyyətini qlobal infrastrukturun inkişaf standartları çərçivəsində birləşdirəcək. Bu şəbəkə qlobal infrastruktur prinsiplərinə uyğun gələn infrastruktur layihələrini sertifikatlaşdıracaq".
USAID-in böyük məsləhətçisi Kauş Arha isə Xəzər regionuna investisiyaların vacibliyini vurğulayıb: "İnfrastruktur layihələrinə böyük ehtiyac var. Bunları isə özəl sektorun investisiyaları olmadan reallaşdırmaq mümkün deyil. "Blue Dot Network" xüsusilə iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə infrastruktur sektoruna böyük məbləğdə özəl investisiyaları cəlb etməyə yönəlmiş təşəbbüsdür".
Vebinarda həmçinin ABŞ-ın Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının icraçı direktorunun baş müşaviri Kaleb Makkari, Əfqanıstanın ABŞ-dakı diplomatik nümayəndəsi Abdul Hadi Nəcrabi, Azərbaycanın İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Avropa Yenidənqurma və İnkişaf Bankının ABŞ-dan icraçı direktoru Stiven Daud, Gürcüstanın ABŞ-dakı səfirliyində missiya rəhbərinin müavini Giorgi Tsikolia, Azərbaycanən Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf şöbəsinin müdiri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, Türkiyənin Ticarət Nazirliyi Beynəlxalq Razılaşmalar və Avropa İttifaqı idarəsinin müdiri Atilla Basdırmaçı və s. iştirak ediblər.
"Biz son 10 ildə Azərbaycanın infrastrukturuna xeyli investisiya qoymuşuq. Bu, Xəzər dənizinin sahilində olan, lakin birbaşa okeana çıxışı olmayan ölkənin əlaqələrinin yaxşılaşdırmaq ehtiyacından irəli gəlir. Ölkə daxilində əlaqəni inkişaf etdirməli və bizi daha böyük bazarlara bağlayan nəqliyyat yollarını açmalıyıq", - müşavir E.Məcidov bildirib.
 
Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar