Bu il Azərbaycan əhalisi ərzaq almağa 15 milyard manatdan çox pul xərcləyib
Baxılıb: 735 Tarix: 18-10-2020 11:22
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pәrakәndә ticarәt şәbәkәsindә istehlakçılara 28 054,9 mln manatlıq, o cümlәdәn 15 121,4 mln manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 12 933,5 mln manatlıq qeyri-әrzaq malları satılıb.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-sentyabr aylarında pәrakәndә ticarәt dövriyyәsi real ifadәdә 1,6%, o cümlәdәn qeyri-әrzaq malları üzrә 6,3% azalıb, әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә isә 3,1%artıb.
Hesabat dövründә әhalinin bir nәfәrinә düşәn orta aylıq pәrakәndә ticarәt dövriyyәsi312,6 manat vә ya 2019-cu ilin müvafiq dövrünün göstәricisindәn nominal ifadәdә 2,9manat çox olub. Ticarәt şәbәkәsindә bir ölkә sakini orta hesabla ayda 168,5 manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 144,1 manatlıq qeyri-әrzaq malları alıb.
Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların pәrakәndә ticarәt şәbәkәsindә xәrclәdiyi vәsaitin 53,9 faizi әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatlarının, 15,7%-i toxuculuq mәhsulları, geyim vә ayaqqabıların, 5,7%-i elektrik malları vә mebellәrin,5,3%-i avtomobil benzini vә dizel yanacağının, 1,8%-i әczaçılıq mәhsulları vә tibbi lәvazimatların, 0,8%-i kompüterlәr, telekommunikasiya avadanlıqları vә çap mәhsullarının, 16,8%-i isә digәr qeyri-әrzaq mallarının alınmasına sәrf olunub.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər