Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda üzümçülükdə məhsuldarlıq xeyli yüksək olub

Baxılıb: 834     Tarix: 19-10-2020 11:46   

Üzüm üzrə orta məhsuldarlıq 92,8 sentnerdən 104,8 sentnerə yüksəlib. Hazırda bağlarda məhsul yığımı davam edir və orta məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəkdir.
Qanunvehedef.az-ın Aqrar Tətqiqatlar Mərkəzindən əldə etdiyi məlumata əsasən, ilin əvvəlindən bu günə qədər 14521,8 hektar bar verən üzüm sahəsindən 27,5 min ton məhsul yığılıb. Respublika üzrə 16,1 min hektar üzüm sahəsi mövcuddur. Üzüm əkinlərinin 10580,6 hektarı süfrə, 5506,3 hektarı texniki sort şərab üzümləridir.
Mərkəzin məlumatına görə, pandemiya ilə əlaqədar həm Azərbaycanda, həm də xarici dövlətlərdə şərab məhsullarına tələbat azalıb, bu səbəbdən şərab istehsalı müəssisələrinin anbarlarında ehtiyatların yarandığı qeyd edilib.
Növbəti dövrdə şərabçılığın inkişafı üçün milli normative texniki sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, aqroekoturizm layihələri çərçivəsində şərab turizminin inkişaf etdirilməsi, qurudulmuş üzüm istehsalı məqsədilə emal müəssisələrinin qurulması üzrə təkliflər irəli sürülüb. 



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar