Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ Səudiyyə Ərəbistanı və Rusiya neftinin idxalını azaldıb

Baxılıb: 1 298     Tarix: 02-11-2020 12:27   

Bu ilin avqust ayında ABŞ Səudiyyə Ərəbistanından 8,277 milyon barel neft idxal edib ki, bu da əvvəlki aya nisbətən 2,4 dəfə, ötən ilin müvafiq dövrünə nisbətən də 1,6 dəfə azdır.

“Report” Enerji Departamentinin hesabatına əsasən xəbər verir ki, bu müddətdə Rusiyadan 1,5 milyon barel neft idxal olunub. Bu da əvvəlki aya nisbətən 30 faiz, ötən ilin müvafiq dövrünə nisbətən də 3,7 dəfə azdır.

Bu ilin avqust ayında İraqdan neft idxalı 1,5 dəfə artaraq 6,5 milyon barelə, Nigeriyadan da 4,3 dəfə artaraq 3,3 milyon barelə çatıb. Bütövlükdə, OPEC ölkələrindən 18 milyon barel neft idxal olunub ki, bu da əvvəlki aya nisbətən 1,5 dəfə, 2019-cu ilin avqust ayına nisbətən isə 2,6 dəfə azdır.

Ümumiyyətlə, ABŞ avqust ayında 231,4 milyon barel neft və neft məhsulları idxal edib. O cümlədən neft idxalı ötən ilin müvafiq dövründəki 215,3 milyon barelə qarşı 168,4 milyon barel təşkil edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar