Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gömrük xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb

Baxılıb: 961     Tarix: 12-11-2020 12:50   

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb. Qanunvehedef.az-ın Komitədən əldə etdiyi məlumata əsasən, oktyabr ayında gömrük xətti ilə büdəyə 314 milyon 407 min manat vəsait daxil olub.
Bu, ötən aya nisbətən 4,6 faiz, ötən ilin oktyabr ayına nisbətən isə 20,4 faiz azdır.
Oktyabr ayı ərzində gömrük rüsumu üzrə 84 milyon 684,9 min manat, ƏDV üzrə 214 milyon 940,2 min manat, aksizlər üzrə 11 milyon 929,4 min manat, yol vergisi üzrə 2 milyon 852,5 manat vəsait büdcəyə cəlb edilib.
2020-ci ilin yanvar-oktyabr ayları ərzində büdcəyə ümumi 3 milyard 269 milyon 642,3 min manat vəsait daxil olub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır.
Yanvar-oktyabr ayları ərzində büdcə daxilolmaları üzrə ən aşağı göstərici avqust ayında qeydə alınıb, müvafiq dövr ərzində büdcəyə 285 milyon 263,5 min manat vəsait cəlb olunub.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar