Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Muğanbank Çek” sahiblərinin nəzərinə

Baxılıb: 265     Tarix: 14-02-2022 11:27   

“Muğanbank” ASC-nin Müşahidə Şurasının iclası keçirilib. İclas zamanı bankın strateji hədəflərinə uyğun biznes istiqamətləri və məhsul siyasəti müzakirə olunub. 
Eyni zamanda bankın təqdim etdiyi rəqabətli bank məhsulları fonunda, “Muğanbank Çek” məhsuluna marağın azalması, eləcə də məhsulun səmərəli olmadığı nəzərə alınaraq, onun satışının və uduş tirajlarının dayandırılması qərara alınıb.
Belə ki, sonuncu uduş tirajı 28.01.2022-ci il tarixdə keçirilən “Muğanbank Çek” məhsulunun satışının 11.02.2022-ci il tarixdən etibarən dayandırılması, bundan sonra növbəti uduş tirajlarının keçirilməməsi, nominal dəyəri sahiblərinə ödənilməklə, müştərilər tərəfindən sərbəst şəkildə bankın baş ofisinə, eləcə də filial və şöbələrinə təhvil verilməklə dövriyyədən çıxarılmasının təmin edilməsi barədə qərar qəbul edilib.
“Muğanbank Çek”-in ilk tiraji 15.03.2016-ci il tarixdə, sonuncu tirajı isə 28.01.2022-ci il tarixdə keçirilərək ümumi olaraq 379 min 450 AZN uduş məbləği çek sahiblərinə Bank tərəfindən ödənilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar