Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Kirayə mənzillərlə bağlı yeni qərar

Baxılıb: 440     Tarix: 16-01-2023 11:43   

““Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərə əsasən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18.0 faizlik vergidən azad edilməsindən gedir. Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib. Yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri deputat, iqtisadçı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, qanundakı dəyişikliklər həmin mənzillərin daha aşağı qiymətlərlə kirayə təklif olunmasına səbəb ola bilər. V.Bayramov qeyd edib ki, kirayə məzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 3 ildən 25 ilədək 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda mənzillərin satın almaq məqsədi ilə təqdim edilir: “Yəni, vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixinə yaşı 70-dən çox olmamalıdır və mənzillərin dəyəri manatla ödənilir.
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verərsə, daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmada aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı, Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar