Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

BAL KİMİ NOVRUZ GƏLİR

Baxılıb: 1 032     Tarix: 14-03-2023 12:08   
 
Masallı rayonunun Ərkivan qəsəbəsi sakini gənc sahibkar Asim İntiqam oğlu Quliyev Azərbaycan xalqını yaxınlaşmaqda olan Novruz bayramı münasibətilə təbrik edir, hər bir azərbaycanlı ailəsinə xoşbəxtlik, firavanlıq, bol-bol ruzi-bərəkət arzulayır. Onun sözlərinə görə, xaqımızın ən qədim və əziz bayramı olan və Bahar fəslinin gəlişini bildirən Novruzun zəngin süfrəsində balın da öz yeri var.“Obal” arıçılıq məkanında 8 hektar ərazidə 250-yə yaxın arı ailəsi bəsləyən Asim Quliyev eyni zamanda sitrus meyvələri becərir, quşçuluq (müxtəlif növ toyuq, hind quşu, qaz, ördək), balıqçılıq təsərrüfatları da saxlayır. O, bir sıra beynəlxalq nüfuzlu təşkilatların xarici ölkələrdə təşkil etdikləri forumlarda, turizm sərgilərində də Azərbaycanı layiqlə təmsil edib.
Kənd təsərrüfatı məhsulları bazarını stimullaşdırma mexanizmlərinə dair rəy və təkliflərlə çıxışlar edən Asim Quliyev arıçılığın inkişafına verilən dəstəyə görə dövlətimizin rəhbərliyinə minnətdarlıq edir və dövlətimizin aqrar siyasətinin ölkəmizdə ərzaq bolluğu yaradılmasına hesablanmış perspektivlərinə inandığını bildirir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar