Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Asim Quliyev: “AzerGold” şirkətinin “Arçılıq təsərrüfatının inikişafına dəstək” layihəsinin ölkəmizin Cənub bölgəsində də həyata keçirilməsi məqsədəuyğundur”

Baxılıb: 1 259     Tarix: 11-04-2023 12:41   
 
 Aprelin ilk günlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda ikinci ildir ki, həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün təlimlər təşkil edilib.
Kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılığın təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək olan nəzəri təlimlər 3 gün davam edib. Bir neçə yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə təlimlər keçirilib. Proqram çərçivəsində, həmçinin arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə və profilaktikası istiqamətində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb.
Masallı rayonundan arıçı-fermer Asim Quliyev saytımıza verdiyi müsahibədə “AzerGold” QSC-nin Qərb bölgəsində həyata keçirdiyi layihəni alqışladığını bildirmişdir: “Layihənin növbəti mərhələsində arıxanalarda baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması yollarına dair təsərrüfat şəraitində praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Təlimləri uğurla başa vuracaq kənd sakinlərinə sertifikatlar, fərdi təsərrüfatların genişlənməsinə dəstək məqsədi ilə arı ailələri, o cümlədən müvafiq ləvazimatlar təqdim ediləcək”.
Asim Quliyev belə tədbirlərin Azərbaycanın Cənub bölgəsində də keçirilməsinin vacibliyini qeyd etmiş, bölgədə fəaliyyət göstərən arıçılar üçün faydalı olacağını demişdir.

Gül Bəniz



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar