Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan istehsalı olan sayğacların tətbiqinə başlanılır

Baxılıb: 555     Tarix: 12-05-2023 19:38   

"Bu ilin may ayında "Azəriqaz" İstehsalat Birliyinin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə "Gəncə Cihazqayırma Zavodu" ASC ilə müqavilə bağlanıb".
Qanunvehedef.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bu gün keçirilən "Açıq qapı" aksiyasında çıxışı zamanı bildirib.
O deyib ki, “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq:
"Əməkdaşlıq çərçivəsində qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısı alınacaq, həmçinin qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılması təmin ediləcək".
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə media nümayəndəsinin məktəblərin qazlaşdırılması ilə bağlı ünvanladığı sualını cavablandırıb. Şöbə rəisi bağça və məktəblərin qazlaşdırılmasının digər müəssisə, fərdi yaşayış evləri və mənzillərdən təhlükəsizlik baxımından daha həssas olduğunu qeyd edib:
"Biz bağça və orta məktəblərə birbaşa olaraq mavi yanacağın verilişini təmin edə bilmirik. "Azəriqaz" İB bağça və məktəblərin yalnız qazanxanalarına təbii qazla təmin olunmasını icra edir. Bunun üçün müvafiq sənədlə Elm və Təhsil Nazirliyinə müraciət edilir və nazirlik müvafiq sənədləri Birliyə təqdim edir. Bütün sənədlər uyğun olduqdan sonra "Azəriqaz" İB qısa müddət ərzində qazlaşdırılma işini həyata keçirir".



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Mostbet . buy yes2win seo ranking
Redaktor seçimi
Çox oxunanlar