Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya qazına görə ödənişləri rublla edəcək

Baxılıb: 682     Tarix: 22-05-2023 10:58   

Serb Respublikası Rusiyadan idxal etdiyi qaza görə ödənişləri rubl ilə etməyə hazırdır. 
Qanunvehedef.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı respublikanın Rusiyadakı nümayəndəliyinin rəhbəri Duşko Peroviç açıqlayıb.
Onun sözlərinə görə, “Gazprom” şirkəti hər il əsas müqavilənin müddətini uzadır: “Rubl ilə ödəniş etməyə hazırıq. Bu texniki məsələdir”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin martında Avropa ölkələrinə tədarük edilən Rusiya qazına görə dənişlərin rublla həyata keçirilməsinə göstəriş verib. Təklif olunan sxemə əsasən, “Gazprombank”da alıcılara həm rubl, həm də avro ilə olmaqla iki hesabın açılması nəzərdə tutulur. Putin qeyd edib ki, Rusiya qazına görə ödənişlərin rubl ilə edilməsindən imtina edildikdə cari müqavilələr dayandırılacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar