Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arıçı – fermer Asim Quliyev: “Keyfiyyətinə görə yaz balı əvəzsizdir”

Baxılıb: 867     Tarix: 22-05-2023 14:35   
   
 Hazırda yazın necə deyərlər, “oğlan çağıdır”. Havalar isindiyi, təbiət oyandığı, çiçəklər açdığı üçün ana arılar daha çox yumurta qoyur və pətəkdə cavan arıların sayı artır. Bu dövr arıçıların da işi çoxalır. Belə ki, hələ apreldən başlayaraq pətəklərə baxış keçirilir, zəif ailələrə yem, vitamin verilir, təzə şan qoyulur, süfrəköçürmə, ayırma işləri aparılır.
Masallı rayonundan arıçı-fermer Asim Quliyev saytımıza verdiyi müsahibədə yaz balının keyfiyyətinə görə əvəzsiz olduğunu demişdir: “Yaz balını arı may ayında yığır. May balı isə iyunda süzülür. Ağsaqqal arıçılar deyirlər ki, kim may ayında bal süzürsə, o, haramlıq edir. Çünki balın tam özünə gəlməsi üçün müəyyən vaxt lazımdır. Keyfiyyətinə görə yaz balı əvəzsizdir. Çünki çiçəkdən çəkilən nektardır”.
Asim Quliyev arılara qulluq prosesinin 4 dövrə bölündüyünü deyir: “Erkən yaz dövrü, beçə dövrü, bal və ya məhsul dövrü, qış dövrü. Bu dövrlər bir-birindən kəskin surətdə fərqlənməsə də, bir-birinə təsir edir. Arıçının bu dövrlərdən hər hansı birini düzgün yerinə yetirməməsi növbəti dövrdə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər. Yaz fəsli arıların həyatında ən çətin mərhələdir. Yazın ilk günlərində arıçıların görəcəyi işlər həmin il üçün məhsuldarlığı müəyyən edir. Arı ailələri mart ayından başlayaraq xüsusi diqqət və qulluq tələb edir. Havaların dəyişkən keçməsi isə arı ailəsinin sürətli inkişafı üçün vacib olan nəsildəyişmə prosesini çətinləşdirir. Peşəkar bir arıçı yaz mövsümünə laqeyd yanaşmamalı, arıxanadakı mövcud problemləri vaxtında müəyyən etməlidir. Bununla da bal toplama mövsümündə yüksək məhsulun götürüləcəyinə əmin olmaq olar”.  

Gül Bəniz
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar