Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İran bankının fəaliyyəti niyə məhdudlaşdırıldı?

Baxılıb: 633     Tarix: 26-05-2023 15:54   

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Bəs bankın əsas göstəriciləri necədir?
Qanunvehedef.az bankın məlumatlarına istinadən xəbər verir ki, İran Milli Bankının Bakı flialının cari ilin birinci rübündə faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 115,2 min min manat, faiz xərcləri isə cəmi 59,1 min manat azalıb.
Keçən ilin birinci rübü ilə müqayisədə bankın inzibati xərcləri 54,2 min, xalis mənfəəti isə 352,4 min artıb.
Müqayisə dövründə bankın aktivləri 12,9 milyon artsa da kredit portfeli 900 minə yaxın kiçilib.
Qeyd edilən dövr ərzində İran bankının öhdəlikləri 20 faizə yaxın və ya 10,6 milyon manat artıb.
Bankın cəmi kapitalı isə 6,2 %, yaxud 2,2 milyon manat çoxalıb. Birinci rüb üzrə məcmu kapital 54,6 milyon manatdır və bu, Mərkəzi Bankın təyin etdiyi minimal rəqəmə (50 milyon) çox yaxındır. Müqayisə üçün “Günay Bank” bağlanan zaman məcmu kapitalı 64,3 milyon manat olub.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar