Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə Mərkəzi Bankına ilk dəfə qadın rəhbərlik edə bilər

Baxılıb: 506     Tarix: 05-06-2023 15:12   

Türkiyədə Mərkəzi Banka yeni rəhbər təyin edilməsi ilə bağlı məlumatlar yayılıb.
Qanunvehedef.az “CNN Türk”ə istinadən xəbər verir ki, quruma Hafize Gaye Erkan adlı maliyyəçi qadının təyin ediləcəyi iddia olunur.
Onun ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir. Məlumata görə, ABŞ-də yaşayan Hafize Gaye Erkanın iyunun 4-ü Ankaraya gəlib. O, sözügedən vəzifəyə təyin edilərsə, Türkiyə Mərkəzi Bankının tarixində ilk qadın rəhbər olacaq.
Qeyd edək ki, Boğaziçi universitetindən məzun olan 41 yaşlı Hafize Gaye Erkan daha sonradan təhsilini ABŞ-də davam etdirib. “Princeton” universitetində təhsil alan Erkan Amerikada maliyyə sahəsində işləməyə başlayıb. O, “Princeton”da iki illik doktorantura proqramını bir ildə bitirən ilk tələbə olub və bununla da ölkənin “ən gənc maliyyə professoru” adını qazanıb.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankına hazırda Şahap Kavcıoğlu sədrlik edir. O bu vəzifəyə 2021-ci ilin martında təyin edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar