Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Azərbaycanda dərman qiymətləri bahadır” - Nazir müavini

Baxılıb: 1 437     Tarix: 20-06-2023 13:55   

“Azərbaycanda dərman qiymətləri müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil. Türkiyə ilə qiymətləri müqayisə etsək, bu ölkənin 70-80%-dən çoxu daxili istehsaldır”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.
“Bu gün Türkiyədə 1 avro 24-26 TL olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 14-15 TL götürülür, yəni qiymətlərin 50%-dən çoxu dövlət dotasiyası ilə tənzimlənir. İki gün öncə idxalçılarla görüşümüz olub. Onların kifayət qədər ciddi fikirləri var. Bildirirlər ki, bu gün ölkədə qiymətlərin uyğun olmamasının əsas səbəbi istinad ölkələrin siyahısında Türkiyənin götürülməsidir. Bu baxımdan istinad ölkələrinə yenidən baxılması nəzərdə tutulub. Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər idxalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər. Buna görə Tarif Şurasının mövcudluğu zəruridir ”, - deyə nazir müavini vurğulayıb.

Əbdülqəni Hüseynov



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar