Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Azərişıq” Yevlaxın 4 kəndində yenidənqurma işləri aparır - Video

Baxılıb: 704     Tarix: 18-07-2023 13:38   

Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC bölgələrdə yenidənqurma işlərini davam etdirir.
Qanunvehedef.az xəbər verir ki, Yevlax rayonunun Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndləri də elektrik şəbəkəsi yenilənən ərazilər sırasındadır.
Adı çəkilən kəndlərə elektrik enerjisi Yevlax Elektrik Şəbəkəsinin balansında olan 110/35/10 kv-luq Yevlax yarımstansiyasından çıxan hava xətti vasitəsi ilə verilir. 1960-cı illərdə çəkilmiş bu xətlərin 4 km-ə yaxın hissəsi meşə zolağından keçirdi. Kəskin hava şəraitində qəzaların qaçılmaz olması ilə yanaşı meşə ərazisindən keçdiyi üçün təmiri də vaxt aparırdı.
Hazırda kəndlərə gedən 10 kv-luq hava xəttinin meşə zolağından keçən hissəsini kənarlaşdırmaq üçün mal-material ayrılıb. Yeni dayaqlar basdırılıb, xətlərin çəkilişi davam edir.
Nərimanabad kəndində də yeni dayaqlar basdırılır. Köhnə 0.4 kv-luq xətlər yeni izolyasiyalı kabellərlə əvəzlənir. Həmçinin müasir tipli transformator quraşdırılır və abonenlərin sayğacları yenilənir.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndlərində yaşayan abonentlər dayanıqlı və fasiləsiz elektrik enerjsi ilə təmin olunacaq.
Qeyd edək ki, “Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar