Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ƏDV ödəyicilərinin sayı 15 % artıb

Baxılıb: 438     Tarix: 07-08-2023 11:27   

Bu il avqust ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 470 min 553 vergi ödəyicisinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Qanunvehedef.az xəbər verir ki, ötən ilin yanvar – iyul ayları ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 %, o cümlədən fiziki şəxslərin sayı 7,0 %, hüquqi şəxslərin sayı 9,3 % artıb.
Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 169 min 751 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 10 % artım qeydə alınıb.
Cari il avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,4 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,3 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 min 934 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % artım deməkdir.
Yanvar – iyul ayları ərzində 9133 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,6 %-i yerli investisiyalı, 12,4 %-i isə xarici investisiyalıdır.
İyul ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı keçən ilin iyul ayı ilə müqayisədə 34,3 %,  fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 0,7 % artıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar