Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məşhur şirkət Azərbaycandakı milyardlıq səhmlərini satmaq istəyir

Baxılıb: 601     Tarix: 22-08-2023 15:23   

Norveçin “Equinor ASA” enerji şirkəti “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokundakı 7,27 % payının satışının mümkünlüyünü nəzərdən keçirir.
Qanunvehedef.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkət aktivlərinə alıcı marağını araşdırmaq üçün “Jefferies Financial Group Inc.” ilə iş aparır.
Müqavilə aktivləri təxminən 1 milyard dollar qiymətləndirilir. Maraqlı tərəflər arasında ABŞ-nin “ExxonMobil” şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Inpex Corp” şirkəti var.
Mövcud müqavilənin şərtlərinə görə, “Equnior” öz payından imtina ilə bağlı ilk olaraq SOCAR-a müraciət etməlidir.
Qeyd edək ki, “Equinor” şirkəti (köhnə adı Statoil) Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və  ölkə iqtisadiyyatında ən böyük xarici investorlardan biridir. “Equinor”, həmçinin “Bakı-Tbilisi-Ceyhan” neft ixrac boru kəmərində 8,71 % paya malikdir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar