Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan mobil internetin sürətinə görə daha 2 pillə irəliləyib

Baxılıb: 681     Tarix: 18-09-2023 15:06   

Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 28,7 Mb/s sürətlə 120-ci yerdə qərarlaşıb.
AZƏRTAC “Speedtest Global Index”in hesabatına istinadla xəbər verir ki, ölkəmiz avqustda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 42,94 Mb/s sürətlə 54-cü yerdə qərarlaşıb. Bu isə iyula nisbətən 2 pillə irəliləmək deməkdir. Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (210,89 MB/S), sonuncu - 145-ci yeri isə Kuba (4,34 Mb/s) tutub.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (254,65 Mb/s), sonuncu yeri isə Kuba (1,95 Mb/s) tutub.
Hesabata əsasən, avqustda Bakı şəhəri mobil internetin sürətinə görə sabit qalaraq 45,5 MB/S sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 259,65 Mb/s sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 4,11 Mb/s sürətlə Kubanın Havana şəhəri tutub. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,21 Mb/s sürətlə 141-ci pillədə qərarlaşıb ki, bu da 3 pillə geriləmədir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 193 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 280,24 Mb/s sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 Mb/s sürətlə sonuncu olub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar