Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Polis Mingəçevirdə əməliyyat keçirdi

Baxılıb: 751     Tarix: 15-08-2020 11:28   

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Rayiv Nəzərov şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən və həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 26 kiloqrama yaxın olan 8 ədəd çətənə kolu, eləcə də 2 ədəd sintetik kisədə və plastik qabda 4 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
R.Nəzərov narkotik vasitəni may ayında əkib-becərdiyini, onun yarpaqlarını yığaraq qurutduğunu bildirib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar