Bakıda axtarışda olan cibgir tutuldu

Baxılıb: 695     Tarix: 14-09-2020 12:27   

Bakıda cibgirlik hadisəsi baş verib.
Bu barədə Qanunvehedef.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 9 nəfərin çantalarından və ciblərindən mobil telefonlar oğurlaması da müəyyən edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}