Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yola 12 min manatlıq ziyan vuranlar saxlanıldı

Baxılıb: 704     Tarix: 03-11-2020 14:39   

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın müxtəlif rayonlarında yol infrastrukturuna külli miqdarda ziyan vurmaqla oğurluq edən dəstə üzvləri zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qanunvehedef.az-a bildiriblər ki, yol kənarlarında quraşdırılan yağış və qurund sularının axıdılması üçün nəzərdə tutulan ötürücü barmaqlıqların naməlum şəxslər tərəfindən oğurlanması barədə müvafiq təşkilatlardan daxil olan çoxsaylı şikayətlər əsasında 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Şahmalı Əzimov və qardaşı Nizami tutulublar. Şöbədə araşdırma zamanı müəyyənləşdirilib ki, bu şəxslər oğurladıqları dəmir qurğuları metal qəbulu ilə məşğul olan Niyazı adlı şəxsə satıblar. Əməliyyat zamanı su ötürücü barmaqlıqları oğurluq olduğunu bilə-bilə alan paytaxt sakini Niyazi Fərəcov da saxlanılıb. Bu şəxslərin yaşadıqları ünvanlara və işlədikləri yerlərə baxış zamanı oğurlanan suötürücü barmaqlıqların bir hissəsi aşkarlanaraq maddi sübut kimi götürülərək polis şöbəsinə gətirilib.
Qeyd olunan faktlarla bağlı cinayət işinin istintaqının aparılması üçün toplanan materiallar Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Araşdırma zamanı Şahmalı və Nizami Əzimovların paytaxtın müxtəlif nöqtələrindən 90 ədəd su ötürücü qurğular oğurladığı və ümumilikdə yol infrastrukturuna 12 min manata yaxın maddi ziyan vurduqları məlum olub.
Bu şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar varsa, Bakı Şəhər Baş Polis İdarəsinə, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə, eləcə də ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking