Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gənc qadın qohumunu öldürdü

Baxılıb: 642     Tarix: 11-11-2020 14:23   

Noyabrın 10-da saat 11 radələrində Bərdə rayonu, Mollalı kənd sakini 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə Rayon Prokurorluğundan Qanunvehedef.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərmin Mehralıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar