Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Karantin postundan keçmək istəyən koronavirus xəstələri saxlanıldı

Baxılıb: 990     Tarix: 27-11-2020 11:11   

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon sakinləri Sahib Mehdiyev, Laçın Kərimov və Əkbər Əkbərova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. Əkbər Əkbərov və Sahib Mehdiyev şəhər ərazisində, Laçın Kərimov isə karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postlardan birindən keçmək istəyərkən saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar