Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"İdeal”ın həbsdə olan keçmiş rəhbərinin məhkəməsində vəkillər çıxış edib

Baxılıb: 189     Tarix: 07-02-2022 12:00   

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında vəkillər müdafiə çıxışları ediblər.
“Report” xəbər verir ki, hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər - Nailə Eldarova və Gülnar Quluzadə çıxışlarında ittihamın əsassız olduğunu deyiblər.
Onlar İ.İsmayılovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Məhkəmədə elan edilib ki, gələn prosesdə təqsirləndirilən şəxsə son söz veriləcək.
Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.
Xatırladaq ki, prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar