Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xaricdən göndərilən narkotikləri qəbul edən dəstə saxlanıldı - Video

Baxılıb: 228     Tarix: 17-02-2022 13:35   

Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən qadın narkotacir və daha 2 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb, ondan 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.
Paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Abşeron rayon sakini Şahin Qurbanov və Lalə Məmmədova saxlanılıblar.  Bu şəxslərdən ümumilikdə 50 qrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.
Müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Elvin Hüseynov, Şahin Qurbanov və Lalə Məmmədova barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar