Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İşçilərin hüquqlarını pozan iki şirkətlə bağlı cinayət işi başlandı

Baxılıb: 244     Tarix: 02-03-2022 12:21   

Əmək hüquqlarının pozulmasına yol verən iki şirkətlə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qanunvehedef.az-a bildirilib ki, vətəndaş ərizələri və Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə aparılan araşdırma nəticəsində Yasamal və Quba rayonlarında müvafiq olaraq fəaliyyət göstərən “SRS Group” və «D.Fruits Kəndli Təsərrüfatı» MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.
Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılıb.
Aşkar edilmiş inzibati xətalara görə icraatlar aidiyyəti rayon məhkəmələrinə göndərilib.шаблоны для dle 11.2