Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Kubinka” və “Papanin”də narkotacirlər həbs edilib - VİDEO

Baxılıb: 346     Tarix: 03-03-2022 12:31   

Bakıda daha 10 narkotacir həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotiklərin satışı ilə məşğul olan daha 10 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 2 kiloqramdan artıq narkoik vasitə və psixotrop maddə çıxarılıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan Orxan İbrahimov, İsmayıl Məhərrəmov, Anar Əliyev, Turanə Əliyeva, Xanımnaz Axundova, İlqar Qasımov, Hüseyn Hüseynov, Vüqar Əliyev, Fuad Tağıyev və Nəriman Məmmədov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri instaqram sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar