Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DSX əməliyyat keçirdi, saxlanılan var - Foto

Baxılıb: 375     Tarix: 03-03-2022 14:08   

Sərhəddə narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılıb. 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qanunvehedef.az-a verilən məlumata görə, hadisə martın 2-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində qeydə alınıb. İçərisində 1 nəfərin olduğu “VAZ-2107” markalı 19-BK-024 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək orada gizlədilmiş idman çantası və bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
“Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılıb. Onun Füzuli rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədov Tahir Məmmədqulu oğlu olması müəyyən edilib. Əlindəki idman çantası və bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 14 kiloqram 200 qram narkotik vasitə (5800 qram “marixuana”, 4200 qram “heroin”, 2100 qram “tiryək”) və psixotrop tərkibli həblər (1900 ədəd “metadon-40”, 290 ədəd "Gabaprel 300”) aşkar olunaraq götürülüb.
Araşdırma zamanı T.Məmmədovun eyni cinayətə görə əvvəllər də məhkum olunduğu müəyyən edilib. Fakta bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar