Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dövlət qurumundan 37 minlik oğurluq edərkən saxlanıldılar - Foto

Baxılıb: 297     Tarix: 15-03-2022 13:23   

Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğurlluq etmək istəyən dəstə saxlanılıb.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Alunit” İstehsalat Sahəsinin ərazisindən külli miqdarda metal məfti (tros) və çəpərləri oğrulamağa cəhd edən şəxslər iş başında yaxalanıb.

Bir qrup şəxs halında dövlət əmlakını gizli yolla talamağa cəhd edən Daşkəsən rayon sakinləri Niyazi Məmmədov, Vüqar Alıyev, Eşqin İmamverdiyev və Elnur Əsgərov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mart ayının 11-də elektrikli mişar və digər alətlər vasitəsi ilə ərazidəki ümumi dəyəri 36 993 manat olan kanat yolunun qoruyucu çəpərlərini saxlayan 1600 metr uzunluğundakı metal məftil (tros) və 400 metr uzunluğundakı dəmir çəpərləri oğurlamağa cəhd ediblər.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Daşkəsən RPŞ-də istintaq-əməliyyat tədbirləri davam etdirilir.










Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar