Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Çörək zavodunda ölən qadına görə iş yoldaşı təqsirləndirilir

Baxılıb: 504     Tarix: 16-03-2022 16:02   

 Bu il yanvarın 7-də Bakıda yerləşən çörək zavodunda işçi Mətanət Həsənovanın ölməsi faktı ilə bağlı istintaq başa çatıb.
Nərimanov rayon Prokurorluğundan Qanunvehedef.az-a bildirilib ki, istintaqla zavodun işçisi Jalə Nurəliyevanın təmizlik işləri görərkən əmək nizam-intizamı qaydaların tələblərini pozaraq xəmir qarışdıran qurğunun ehtiyatsızlıqdan işə salması səbəbindən həmin qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənovanın xəsarət alması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.
Jalə Nurəliyeva Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.шаблоны для dle 11.2