Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda arvadını öldürən şəxsə 18 il həbs cəzası verildi

Baxılıb: 330     Tarix: 20-03-2022 13:25   

Masallıda qətl törətməkdə təqsirləndirilən Rövşən Orucova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, hadisə 2021-ci il mayın 29-da Masallı rayonu ərazisində qeydə alınıb.
Belə ki, R.Orucov həyat yoldaşı Ruhiyyə Şükürovanı aralarında ailə-məişət zəminində baş veən mübahisə zamanı üzərində olan bıçaqla çoxsaylı zərbələr vuraraq öldürüb.
O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
R.Orucovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar